Kim Çen In haqqında bunu bilirdinizmi?
Bizi izləyin

Dünya

Kim Çen In haqqında bunu bilirdinizmi?

Şimali Koreyanın lideri Kim Çen Inın qatı bir futbol fanatı olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, iltaliyalı senator Antonio Razzi Şimali Koreya liderinin “San Siro”ya gəlib “İnter” klubunun matçlarını izlədiyini etiraf edib. Kim Çenin yaxın əhatəsi də onun “İnter” azarkeşi olduğunu bildirib.

Senator bu barədə “The Sun” qəzetinə verdiyi müsahibədə danışıb. O, Kim Çenin gənc yaşlarında sevimli komandasını tribunadan dəstəklədiyini və xüsusilə, “Milan” komandası ilə matçlara daha çox diqqət verdiyini bildirib.

Razzi daha öncə “Paulo Dibalanı Şimali Koreyaya versək, bütün dünyada sülh təmin olunar. Çünki Kim Çen futbola düşkün biridir. Divalanı versək, stadiona 200 000 insan gətirər və Şimali Koreyada böyük bir festival olar” sözlərini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm