Putindən SƏRT BƏYANAT: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir”- CANLI YAYIM - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Putindən SƏRT BƏYANAT: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir”- CANLI YAYIM - YENİLƏNDİ

Ukraynanın şərqindəki münaqişəyə toxunan Putin Donbasda Rusiya ordusunun olmadığını növbəti dəfə dilə gətirib. Donbasdakı hadisələri faciə adlandıran prezident əlavə edib ki, münaqişə dövlət çevrilişinin nəticəsidir.

Bundan başqa, Putin növbəti dəfə bildirib ki, Donbasda milis gücləri var və istənilən hücumu dəf etməyə hazırdır. Prezident vurğulayıb ki, Ukraynanın milli batalyonları Donbasda qətliam təşkil edə bilərlər.

Putin Kiyevi Donbasdakı “xalq respublikaları” ilə razılaşmağa çağırıb. Onun sözlərinə görə, belə münaqişələri vasitəçilərlə həll etmək olmaz.

Rusiya liderinin sözlərinə görə, Ukraynanın ərazisi Rusiya imperiyası tərkibində olması nəticəsində zənginləşirdi. O əlavə edib ki, bolşeviklər bütün bu əraziləri, həmçinin Krımı Ukraynaya verib.

Prezident hesab edir ki, sovet hakimiyyəti Krım yarımadasını Ukraynaya qeyri-qanuni verib və nəhayət, krımlılar öz seçimini etdilər.

Rusiya prezidenti bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Kiyevdə etdikləri gürcü və Ukrayna xalqının üzünə tüpürməkdir.

“Ümumiyyətlə, siz buna necə dözürsünüz? Ukraynada əsl ukraynalı yoxdur?”, - Putin qeyd edib.

***

Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket və nüvə proqramı ətrafında vəziyyətə toxunan Putin bildirib ki, Qərb Pxenyanı silah üzrə razılaşmalardan çıxışa təhrik edir.

“ABŞ təlimləri (Cənubi Koreya ilə birgə təlimlər - red.) keçirməmək barədə söz verdi, amma sözlərini yerinə yetirmədilər. Bundan sonra Pxenyan raket sınaqlarını keçirdi”, - Putin deyib.

Putin xatırladıb ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımır. Onun sözlərinə görə, Liviya və İraqa müdaxilələrdən sonra Pxenyan raket və nüvə proqramını inkişaf etdirməkdən başqa çıxış yolunu görmür.

Rusiya prezidentinin sözlərinə görə, Amerika hakimiyyəti Rusiyanı KXDR və İranla yanaşı, “qlobal təhdid” hesab edir, eyni zamanda Pxenyan və Tehranla bağlı məsələləri həll etməyi tələb edir.

Putin qeyd etdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) KXDR haqqında çox şey bilmir.

***

ABŞ-dakı prezident seçkilərinə “Rusiya müdaxiləsi” haqqında suala cavab verən Putin bu iddiaların Trampın işinə qeyri-qanuni xarakter vermək üçün düşünüldüyünü deyib. Putin bunu ABŞ-a zərər verdiyini qeyd edib.

“Ümumiyyətlə, istənilən əlaqələri qadağan etmək lazımdır?” - Putin bildirib.

Onun sözlərinə görə, ABŞ daxilindəki məhdudiyyətlər üzündən Donald Tramp öz seçkiqabağı vədlərini yerinə yetirmək vəziyyətində deyil.

Putin ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Trampda Rusiya ilə münasibətləri yaxşılaşdırmaq arzusu hələ itməyib. Prezident qeyd etdi ki, Ağ Evin başçısı Moskva ilə əməkdaşlıq etmək istədiyini dəfələrlə, o cümlədən seçki kampaniyasının gedişatında dilə gətirib.

O qeyd edib ki, amerikalılar Trampı qiymətləndirməyə məcburdur.

“Tarmpı mən qiymətləndirməli deyiləm. Bunu Amerika xalqı etməlidir”, - Kremlin başçısı vurğulayıb.

***

Putin mətbuat konfransının gedişatında ABŞ-a mesaj göndərib. Rusiya lideri qızğın silahlanmaya daxil olmadan ölkənin təhlükəsizliyini təmin edəcəyini bildirib.

“Bizdə hərbi xərclər öz təhlükəsizliyimizi təmin etmək və iqtisadiyyatına zərər verməmək üçün tənzimlənib. Biz hərbi xərclər üçün 46 milyardl dollar ayırırıq. ABŞ-da isə hərbi xərclər 700 milyard dollar təşkil edir”, - Putin vurğulayıb.

Vladimir Putin bildirib ki, ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmanı özü tərk edib.

***

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında iştirak etmək üçün rekord sayda media nümayəndəsinin qeydiyyatdan keçdiyini deyib.

O bildirib ki, akreditasiyadan keçən jurnalistlərin sayı 1640 nəfərdir. Onlardan 750-si rusiyalı jurnalistdir.

Ənənəvi illik mətbuat konfransı 13-cü dəfədir keçirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm