ABŞ-ın ən yeni silahları İŞİD-in əlinə keçdi - MƏRUZƏ
Bizi izləyin

Dünya

ABŞ-ın ən yeni silahları İŞİD-in əlinə keçdi - MƏRUZƏ

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriya üsyançılarına məxfi şəkildə çatdırdığı ən yeni silahlar İŞİD terror qruplaşmasının döyüşçülərinin əllərinə keçib.

Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “Conflict Armament Research” təşkilatının məruzəsinə istinadən “USA Today” qəzeti yazıb.

Göstərilən məlumatlara əsasən, söhbət xüsusi halda, tank əleyhinə silahlardan gedir. Məruzənin müəllifləri belə nəticəyə gəliblər ki, ABŞ və başqa dövlətlərin Suriya qiyamçılarını silahlandırmaq cəhdləri terrorçuların arsenalında olan silahların miqdarını və keyfiyyətini önəmli ölçüdə genişləndirib. Söhbət ümumilikdə, silahın 40 min vahidindən gedir.

Məruzə müəllifləri bu silahların terrorçuların əllərinə necə keçdiyini - qənimət olaraq əldə etdiyini, üsyançıların özləri satdığını, yaxud da pulsuz verdiyini müəyyən etməyi bacarmayıblar.

Hələ bu ilin iyulunda Amerika administrasiyasındakı mənbələrə istinadən “Vaşinqton Post” qəzeti bildirib ki, prezident Donald Tramp Suriyada “mülayim müxalifət” adlanan güclərin silahlandırılması üzrə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) proqramının dayandırılması barədə qərar qəbul edib. Qəzetin məlumatına görə, qərar G20 sammitində (Almaniya, Hamburq) Trampın Rusiya lideri Vladimir Putinlə danışıqlar ərəfəsində qəbul edilib. Daha sonra Pentaqon proqramın dayandırılması haqqında informasiyanı təsdiq edib, ancaq bildiriblər ki, bu, Moskvaya güzəşt deyil.

2013-cü ildə başladılan proqram Barak Obama administrasiyasının Suriya prezidenti Bəşər Əsədə təzyiqin göstərilməsi üzrə siyasətinin nüvəsini təşkil edirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm