Sabiq deputat: “Sadəcə, bir banditizm gördüm”
Bizi izləyin

Dünya

Sabiq deputat: “Sadəcə, bir banditizm gördüm”

Sabiq deputat: “Sadəcə bir banditizm gördüm”

Donetsk vilayətinin dövlət administrasiyası binasının zirzəmisində terrorçular 80-ə qədər girov saxlayırlar.

Publika.az - ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosuna Donetsk Şəhər Şurasının sabiq deputatı Dmitri Verzilov bildirib.

“Binanın birinci mərtəbəsinin altında zirzəmi var. Zirzəmi çox qaranlıqdır. Oradakı təxminən 80 girov acdır, onlara su belə verilmir. Zirzəmiyə birinci mərtəbədən su damcılayır”, – D.Verzilov deyib.

Sabiq deputatın sözlərinə görə, terrorçuların nəzarətində olduğu bir neçə saat onun baxışlarını kardinal şəkildə dəyişdirib: “Düşünürdüm ki, bu insanların, həqiqətən də, hansısa bir siyasi mövqeyi, proqramı var. Amma mən girovluqda olduğum müddətdə banditizm gördüm. Sadə insanlar bunu bilmirlər”.

D.Verzilovun sözlərinə görə, terrorçular girovları, sadəcə, pul almaq üçün saxlayırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm