Dünya
Rusiya bu əraziləri alır, Ermənistan xəritədən silinir - GÖZLƏNİLMƏZ ADDIM
“Keçmiş prezident Koçaryan və indiki prezidenti
Sarkisyanın cəhdləri ilə Ermənistan öz müstəqilliyini praktiki
olaraq itirdi və bu gün əbədi “strateji müttəfiqimiz”in iradəsindən
tamamilə asılıdır”.
Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos
Arşakyan Ermənistan-İran sərhədini qoruyan rus hərbiçilərin sərhəd
yaxınlığındakı yolun təmirinə icazə verməməsini şərh edərkən
deyib.
Qeyd edək ki, Ermənistanın İranla sərhədi yaxınlığındakı yolun
tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə
dayandırılıb. Ermənistan mediası bu hadisəni “İranla sərhəd
bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir.
T.Arşakyan yazır ki, bu, Ermənistan üçün təhqiredici haldır.
“Rusiya sərhədçiləri bizim hökumətin öz sərhədləri daxilindəki yolu
təmir etməyə icazə vermədi. Bizim hakimiyyət isə ağzına su alaraq
oturub. Sarkisyan 2018-ci ilin aprelindən sonra da hakimiyyətdə
qalmaq üçün rusların qarşısında baş əyir. Lakin bu hələ
başlanğıcdır. Bu gün yolun təmirinə icazə vermirlər, sabah başqa
şeylərə qadağalar qoyulacaq, digər sərhəd ərazilər də zəbt
olunacaq. Daha sonra Ermənistan adlı dövlət xəritədən silinəcək”, -
deyə o bildirib.
Asif
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü