Rusiya və Misir arasında aviareyslər bərpa edilir
Bizi izləyin

Dünya

Rusiya və Misir arasında aviareyslər bərpa edilir

Rusiya və Misir arasında uçuşların bərpası məqsədilə sənədlər imzalanıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, söhbət Moskva ilə Qahirə arasında mütəmadi reyslərin bərpasından gedir.

Misirin mülki aviasiya naziri Şərif Fəthinin dediyinə görə, uçuşlara fevralın 1-dən start veriləcək. Nazir deyib ki, gələn ilin aprelində tərəflər çarter uçuşların bərpasını müzakirə edəcəklər.

Qeyd edək ki, bu ölkələr arasında aviauçuşlar 2015-ci ildə dayanmışdı. Səbəb Şarm-eş-Şeyxdən Peterburqa uçan təyyarənin terror aktı nəticəsində partlaması olmuşdu. Terror hadisəsi nəticəsində təyyarənin göyərtəsində olan 217 rusiyalı turist və 7 ekipaj üzvü həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm