Kennedinin qətli ilə bağlı yeni sənədlər üzə çıxdı
Bizi izləyin

Dünya

Kennedinin qətli ilə bağlı yeni sənədlər üzə çıxdı

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 1963 ildə qətli ilə bağlı daha 3500 sənəd dərc edilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, əvvəllər məxfi olan sənədlər ABŞ Milli Arxivinin saytında dərc olunub.

Sənədlərin əksəriyyətini Mərkəzi Kəşfiyyat İdarəsi təqdim edib. Digər sənədlər Ədliyyə Nazirliyi, Pentaqon və qətllə əlaqədar yaradılmış Nümayəndələr Palatasının xüsusi komissiyasına aiddir.

İyulun 24-dən etibarən ABŞ Milli Arxivi Con Kennedinin qətli ilə bağlı təxminən 34 min sənəd dərc edib. 2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm