Ərdoğan Qüdsdən danışdı, şeir dedi– VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan Qüdsdən danışdı, şeir dedi– VİDEO

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Lütfi Kırdar Konqres Mərkəzində” ədəbiyyat xadimlərinə “Nəcib Fazil Mükafatları”nı təqdim edərkən Qüds mövzusuna da toxunaraq şeir səsləndirib.

Publika.az xəbər verir ki, Ərdoğan Suriyada bütün müsəlmanların gələcəyinə yaxından təsir edəcək dəhşətli ssenarinin qarşısını almaq üçün atdıqları addımlardan danışıb:

"Qüds üzərindən bütün Orta Şərqi, dünya müsəlmanlarını hədəf alan yeni bir siyasət yeridilir. Bu məsələdə ilk addımları atdıq. Geri çəkilməyəcəyik. Bunu yaxşı bilin ki, Qüdsü itirsək, Mədinəni qoruya bilməyəcəyik. Mədinə getsə, Məkkəni qoruya bilmərik. Məkkə də getsə, Kəbəni itirmiş oluruq. Kəbə isə bütün müsəlmanların şərəfi, namusu, ləyaqəti deməkdir. Unutmayın, Qüds İstanbul, İslamabad deməkdir. Allahın əmrinə və əcdadların əmanətinə sahib çıxmaq üçün nə lazımdırsa, bunu edəcəyik".

Daha sonra president Ərdoğan şairin “Dastan” şeirini səsləndirib:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm