Ərdoğan: “Madam ki sevirsən, siqaret nədir?” – VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan: “Madam ki sevirsən, siqaret nədir?” – VİDEO

Mədənçilərin yaxınları ilə görüşən Baş nazirə bir nəfər “səni sevirəm” deyib. Ərdoğan isə cavabında “madam ki sevirsən, bu siqaret nədir” cavabını verib.

Publika.az xəbər verir ki, Türkiyə Baş naziri R.T.Ərdoğan Soma faciəsində ölən mədənçi yaxınları ilə görüşüb. Görüşdən sonra Ərdoğan küçədə insan kütləsinin arasında qalıb. Həmin vaxtı bir vətəndaş ona yaxınlaşaraq “Baş nazir, səni çox sevirik”,– deyib.

Ərdoğanın isə cavabı çox maraqlı və özünəməxsus şəkildə olub. Baş nazir “madam ki sevirsən, bəs bu siqaret nədir? Niyə siqaret çəkirsən?” deyib və vətəndaşın köynəyinin cibindən siqareti çıxarıb.

Qeyd edək ki, Türkiyə tarixinin ən böyük mədən qəzası məhz Somada baş verən qəza hesab olunur.

Xatırladaq ki, Soma faciəsində ölənlərin sayının 301 yox, 307 nəfər olduğu aydınlaşıb. Hadisə nəticəsində isə 120 nəfər xəsarət alıb. Türkiyə enerji və təbii sərvətlər naziri Tanər Yıldız Soma faciəsində ölənlərin sayının son nəticə olaraq 301 nəfər olduğunu açıqlamışdı. Lakin Respublika prokurorluğu ekspertiza rəyində faciədə ölənlərin sayını 307 olaraq göstərib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm