Ana oğlunu çöldə unutdu, uşaq donub öldü – FOTO
Bizi izləyin

Dünya

Ana oğlunu çöldə unutdu, uşaq donub öldü – FOTO

Narkotik aludəçisi olan Ceymi Beysinger yüksək dozada narkotik maddə qəbul edərək yatıb. 3 yaşlı oğlu Lendi isə anasından xəbərsiz həyətə çıxarkən ehtiyatsızlıq səbəbindən qapı bağlanıb və uşaq çöldə qalıb.

Publika.az xəbər verir ki, hadisə ABŞ-ın Karolina ştatında yaşanıb. Qadın oğlunun yatdığını düşünərək narkotik qəbul edib və yatıb. Uşağın həyətə çıxdığını hiss etməyən qadın oğlunun kömək səslərini, qapını saatlarla döyməsini də eşitməyib. Nəticədə, Lendi 2 saatdan çox soyuqda qaldığı üçün donaraq ölüb.

Qadın məsuliyyətsizliyi səbəbindən olğlunun ölümündə şübhəli bilnərək həbs olub.

Polisin verdiyi məlumata görə, 3 yaşlı Lendi özünün doğum günündə ölüb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm