Rusiyadan Türkiyə və İran açıqlaması: “Müttəfiqik”
Bizi izləyin

Dünya

Rusiyadan Türkiyə və İran açıqlaması: “Müttəfiqik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və İranla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazir Suriyanın ərazi bütövlüyünün qorunması və terrorun sona çatması mövzusunda İran və Türkiyənin Rusiya ilə eyni mövqedə olduğunu bildirib.

Nazir bu barədə Rusiya parlamentinin üst qanadı olan Federasiya Şurasında danışıb:

“Suriya məsələsi ilə bağlı bəzi nöqtələrdə fərqli münasibətlər sərgilənsə də, Suriyanın ərazi bütövlüyü və ölkədəki bütün etnik, dini qrupların aralarındakı münasibətlərin inkişaf etdirilməsi mövzusunda İran və Türkiyə ilə müttəfiqik. Bu ölkələrin ortaq qazancları yalnız Astanadakı prosesləri zəmanətləri altına almaqdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm