“Ən sevdiyim şey bomba düzəltməkdir”- FOTOLAR
Bizi izləyin

Dünya

“Ən sevdiyim şey bomba düzəltməkdir”- FOTOLAR

Uşaqlar “Atamızla yaşayıb, atamızla öləcəyik. Onunla qalib olacağıq. Niyə onu tərk edək ki?” deyirlər.

İspaniya vətəndaşı fotomüxbir Marcel Mettelsefen vətəndaş müharibəsi başlanandan bu yana Suriyaya 22 dəfə gedib. Aylarını Hələbdəki uşaqlarla tanış olmaq üçün sərf edib.

Mettelsefen qısa müddət əvvəl dünyanın ən təhlükəli döyüş bölgələrindən birində yaşayan uşaqların necə böyüdüyünü göstərmək üçün getdiyi Suriyadan faktlarla dönüb. Mettelsefenin əlindəki faktlardan biri də 8 yaşında olmasına baxmayaraq, atası ilə birlikdə bomba düzəldən və bunun bir oyun olduğunu düşünən Farahın hekayəsidir.

Vətəndaş müharibəsi həyatın Suriyadakı uşaqlar üçün normaldan çox fərqli və təhlükəli olduğunu göstərdi. Qarşıdurmalar başlanandan bu yana 11 mindən çox uşaq həyatını itirib. Hələbin Seyfel Davla bölgəsində müharibədən əvvəl 200 min adam yaşadığı halda, indi isə orada yalnız min adam yaşayır.

Suriyada döyüşün ortasında olan uşaqlardan biri də müxalifət komandiri Abu əl-Sahibanın qızıdır. 8 yaşında olan Farah atasına bomba düzəltməkdə yardım edir. Fotomüxbir Mettelsefenin “Burada ən çox etmək istədiyin şey nədir” sualına kiçik qız "Ən çox sevdiyim şey atama kömək etməkdir. Onun ofisində qalıram və bomba düzəldirik. Qırmızı metal lentlər yığıram, atam da onları yandırır. Bütün lentlər yananda isə bomba partlayır” şəklində cavab verir.

İspaniyalı fotomüxbir Hələbin zəngin bölgələrdən birində uşaqlardan bu cür ağır sözlər eşitməsindən üzüldüyünü söyləyir.Kiçik Farahın anası Hala, qardaşı Məhəmməd və bacıları Helen ilə Sara küçələrin kimsəsizləşdiyindən, bir zamanların böyük binaların raketlərlə dağıdıldığından danışır. M.Mettelsefen bildirir ki, Suriyadakı uşaqlar kiçik yaşlarına baxmayaraq, yeni həyat tərzi ilə üzləşdiyindən böyüklər kimi yaşamağa və çətinlikləri dəf etməyə məcburdurlar.

Mettelsefen Suriya küçələrində hökm sürən vəziyyəti “azyaşlılar böyüklərinə bomba istehsalında yardım etmək üçün küçələrdən metal toplayır. Uşaqlar partlayan raketlərin qabıqları ilə oynayır. Uşaqlar evlərində etiraz mahnılarını məşq edir. Uşaqlara nə etdiklərini soruşanda “Bu mənim cihadım” cavabını verirlər. Bu onlar üçün “daha yaxşı bir dünya üçün döyüş” mənasını verir. Onlar dünyanı bu şəkildə dəyişdirə biləcəklərinə inanırlar” şəklində izah edir.

Fotomüxbir nisbətən böyük uşaqların təhlükənin fərqində olduğunu bildirir. “Bəziləri böyükləri tərəfindən siyasi baxımdan motivasiya edilərək böyüyəcək. Ancaq mələk üzlü Farahın atasına bomba istehsalında kömək edərkən nə etdiyindən və ya niyə etdiyindən xəbəri olmadığından əminim. Ailələri uşaqları üçün qorxurlar, amma eyni zamanda da onlarla qürur duyurlar”, - o, qeyd edir.

Mettelsefen ailələrin radikal müsəlmanlar olmadığını, ancaq dindar olduqlarını, Allah tərəfindən qorunduqlarına inandığını söyləyir.Abu əl-Sahibanın uşaqları Bəşər Əsəd rejiminə qarşı döyüşməyə qərarlıdır. Məhəmməd anası və bacıları ilə atasının yanında qalmağa qərar verdiyini söyləyir. Uşaqlar “Atamızla yaşayıb, atamızla öləcəyik. Onunla qalib olacağıq. Niyə onu tərk edək ki?” deyirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm