Papa jurnalistləri "düşmən" adlandırdı
Bizi izləyin

Dünya

Papa jurnalistləri "düşmən" adlandırdı

Roma Papası Birinci Fransisk bütün dünya KİV-lərini tənqid atəşinə tutub.

Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Papa yalan informasiya yayan, xəbərləri daha da dramatikləşdirərək sensasiya yaradan KİV-lərin və jurnalistlərin bağışlanmaz günah işlədiklərini bildirib:

“Demokratik cəmiyyətdə bu cür yalan informasiyalar yaymaq olmaz. KİV nümayəndələri ictimaiyyətlə düzgün işləməyi bacarmırlar. Mətbuatın fundamental qaydalarına zidd davranışlara yol verən jurnalistlər birbaşa bağışlanmaz günah edirlər. Bu Tanrı qatında günah hesab olunur”.

Papa jurnalistləri kommunikasiya düşmənləri alandırıb:

“Yalnız bir tərəfin mövqeyini qabartmaqla qalmaqallı xəbərlər yazmaq, cəmiyyətdə xaos yaratmağın günahını çox ağır şəkildə ödəyəcəksiniz”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm