Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur
Bizi izləyin

Dünya

Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur

Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına meydan oxuyur.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən bazar ertəsi elan edilən ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni mətnində bildirilib.

"Çin və Rusiya Amerikanın gücü, nüfuzu və maraqlarına meydan oxuyaraq, Amerikanın təhlükəsizliyini və rifahını zəiflətməyə çalışırlar”.

Yenilənmiş strategiyanın müəllifləri Rusiyanı Gürcüstan və Ukraynaya müdaxilədə ittiham ediblər: “Beləliklə, Rusiya region ölkələrinin suverenliyini pozmağa hazırdır və qonşu ölkələri hədələyici davranışları ilə qorxutmağa davam edir. ABŞ və Avropa birlikdə Rusiyanın dağıdıcı fəaliyyətlərinə və təcavüzünə, Şimali Koreyanın və İranın təhdidlərinə qarşı çıxacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm