BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımadı - KİM KİMƏ SƏS VERDİ? - - FOTO
Bizi izləyin

Dünya

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımadı - KİM KİMƏ SƏS VERDİ? - - FOTO

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb.

Publika.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə malliyyə yardımını dayandıracaq.

Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qətnamə həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm