Yanukoviç Ukraynanı məğlubiyyətə necə hazırladı? – Xəyanət
Bizi izləyin

Dünya

Yanukoviç Ukraynanı məğlubiyyətə necə hazırladı? – Xəyanət

Xəyanət, yaxud Yanukoviç Ukraynanı məğlubiyyətə necə hazırladı?

Ukrayna ordusu Krımın Rusiya tərəfindən zəbt edilməsi zamanı çox gücsüz təsiri bağışladı. İndi isə ölkənin şərqindəki rusmeyilli separatçılara qarşı mübarizədə lazımi effekti ortaya qoya bilmir.

Ukrayna parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin deputatı Yuri Sirotyuk 2012-ci ilin oktyabrında komitə iclasında sensasiya doğuracaq bir bəyanat verdi. “Əgər Ukrayna ordunun zəifləməsi tendensiyasının qarşısını almazsa və öz müdafiə strategiyasını dəyişdirməzsə, gələn ildə torpağımızda Rusiya qoşunlarını görəcəyik”, ukraynalı deputat həyəcan təbili çalırdı. Y.Sirotyuk müxalifətdəki “Azadlıq” Partiyasının üzvüdür. Ölkəyə isə keçmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyası başçılıq edirdi və müxalifət təmsilçisinin fikirlərinə etinasız yanaşırdı. V.Yanukoviç hesab edirdi ki, Ukrayna üçün zəif ordu tamamilə normaldır. Bir halda ki, daxili qoşunlar üçün pula qənaət etmək olar. Bundan başqa, o iddia edirdi ki, Rusiya yaxın dostdur və ehtiyac olduğu halda Ukraynanın təhlükəsizliyini təmin edəcək.

Bu gün isə Sirotyuk “mən haqlı idim” deyir. Rusiya mart ayında Krım yarımadasını zəbt etdi. Rusiya həmçinin Şərqi Ukrayna ilə sərhəddə hərbi təlim adı altında qoşunu cəmlədi. Rusiya Ukrayna ordusuna qarşı vuruşan separatçılara qarşı hər çür dəstək göstərir. Son olaraq Ukrayna ordusunun bir generalı da daxil olmaqla 14 hərbçisi öldürüldü. Separatçılar istilik sistemi ilə təhchiz olunan raketlərdən istifadə edir. Kiyev iddia edir ki, separatçılara bu raketləri Moskva çatdırır.

Rusiyanın təcavüzkar siyasəti fonunda Kiyevdə ordunun necə möhkəmləndirilməsi yolları müzakirə edilir. Problemin sürətli həlli isə çox çətindir. Ordunun zəifləməsinin əsas səbəblərindən biri kimi korrupsiyanın kütləvi miqyası göstərilirsə, digər bir səbəb isə ölkənin antirus və antiavropa düşərgələrə parçalanması hesab edilir.

“Müstəqillik dövründə Ukrayna ordusu inkişaf etmirdi. Əslində, hər şey tam tərsinə idi”, Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk deyir.

“Soyuq müharibə”dən sonra

D.Tımçukun sözlərinə görə, ən böyük müvəffəqiyyətsizlik onunla bağlı oldu ki, hərbçilər məhz qonşu Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə strategiyasını hazırlamadılar.

Sovet İttifaqının dağılmasından sonra keçən 23 il ərzində Ukraynada hərbi xərclər hər il azalıb. Məsələn, 2002-ci ildə Ukrayna dövlət büdcəsinin təxminən 6,8 faizini müdafiəyə xərclədiyi halda, bu 2011-ci ildə bu rəqəm 4, 2013-cü ildə isə cəmi 3,6 faiz idi. Hərbi büdcənin azalması ilə Silahlı Qüvvələrin sayının ixtisarı paralel şəkildə gedirdi. İxtisarlar adətən “soyuq müharibə”nin başa çatması ilə izah olunurdu. Ukraynanın Silahlı Qüvvələrində 1992-ci ildə təxminən 780 min insan var idi. Bu rəqəm 2009-cu ildə 245 min oldu, bu gün isə 140 mindir. Onlardan yalnız 6 mini döyüş əməliyyatlarının aparılmasına hazırdır.

Ukrayna liderləri uzun illər özlərini 1994-cü il Budapeşt memorandum ilə sakitləşdirirdi. Hansı ki, Ukrayna həmin müqavilə ilə sovet dövrünün nüvə silahından müstəqilliyi və ərazi bütövlüyünə verilən zəmanət əvəzində imtina etdi. Kiyevə bu zəmanəti ABŞ, Böyük Britaniya və Rusiya vermişdi.

Yanukoviçin dəyişiklikləri

Sirotyuk bildirir ki, 2010-cu ildə Ukrayna ordusunun ideologiyasında Rusiyaya tərəf kəskin dönmə baş verdi. Ukrayna müttəfiqi və müdafiəçisi olaraq Rusiyaya etibar etdi. Yenidən seçilmiş prezident Yanukoviç hesab etdi ki, Silahlı Qüvvələrə pul qoymağa ehtiyac yoxdur.

Bunun əvəzində isə o, daxili təhlükəsizliyin təminatı ilə məşğul olan milisin və başqa güclərin inkişafına xüsusi diqqət yetirməyə başladı. “Hamı bilirdi ki, milis insanları müdafiə etmir. Eyni zamanda Ukrayna ordusu tənəzzül edirdi”, Sirotyuk təəssüf hissi keçirir.

Yanukoviç 2010-2013-cü illərdə 25 hərbi bazanı yerli hakimiyyətlərə verdi. Yerli hakimiyyətlər isə onları isə şəxsi şirkətlərə kirayə verməyə başladılar. Hökumət 2013-cü ilin noyabrında orduya məxsus 96 bina və torpaq sahəsi ötürülməsi planını hazırladı.

“Və indi nə oldu? Rusiya təcavüzkar oldu, amma Budapeştdə razılaşmanı imzalayan ölkələr susurlar”, Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyir.

Ac Ukrayna ordusu

Bir müddət əvvəl mətbuat konfransında çıxış edən Mudafiə Nazirliyinin idarə rəisi Arkadi Stujuk bildirdi ki, Ukrayna ordusu dəbilqə və gülləkeçirməyən jiletlər də daxil olmaqla bir sıra hərbi ləvazimatlarla yalnız 40 faiz təmin olunub.

Müdafiə Nazirliyinin başladığı kampaniya nəticəsində isə toplanılan vəsait çox az idi. 28 May tarixinə kimi cəmi 124 milyon qrivna (10,6 milyon dollar) yığıldı. Kampaniyaya bir sıra Qərb ölkələri də qoşuldu. ABŞ 3,5 milyon dollar yardım etdi. Ukraynanın bəzi oliqarxları da yardım kampaniyasına qoşuldular. Dneprepetrovska təyin edilən yeni qubernator İqor Kolomoyski Ukrayna tankları və hərbi maşınlar üçün yanacağın alınmasına yardım edəcəyini bildirdi. İ.Kolomoyski hazırda könüllülərdən təşkil olunan üç batalyonu maliyyələşdirir. Bu batalyonlar yaxın vaxtlarda formalaşdırılan Milli Qvardiyanın tərkibinə daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm