Rusiyadan Tayvanın “gözü” ilə dəstək
Bizi izləyin

Dünya

Rusiyadan Tayvanın “gözü” ilə dəstək

Rusiya separatçılara Tayvanın “gözü” ilə dəstək verir

Ukraynanın şərqində dünən vurulan pilotsuz təyyarə “Dəniz qartalı-10”un Rusiyanın pilotsuz kəşfiyyat təyyarəsi olduğu təsdiqlənib.

Publika.az - ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın “RBK-Ukrayna” xəbər agentliyi yazıb.

Mütəxəssislərin ilkin araşdırmalarına görə, paraşüt sistemi ilə təhciz olunan təyyarə Rusiya istehsalı BPLA “Dəniz qartalı-10”un seriya modifikasiyalarından biridir. Kəşfiyyatçı-təyyarə Rusiyanın dövlət strukturları tərəfindən istifadə olunur. Pilotsuz təyyarə 3D formatında yerin xəritələrini çəkmək və döyüşün gedişini idarə etmək bacarığına malikdir. Modifikasiya və moduldan asılı olaraq BPLA “Dəniz qartalı-10” teplovizor da daşıya bilir.

BPLA “Dəniz qartalı-10” çətinliklə keçilə bilən yerlərdə geniş və lokal obyektlər üzərində müşahidələrin aparılması üçün nəzərdə tutulmuş çoxfunksiyalı pilotsuz uçuş aparatıdır. Pilotsuz təyyarə Rusiyanın Xüsusi Texnologiya Mərkəzi tərəfindən hazırlanıb.

Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk təyyarənin korpus və mühərrikin Rusiya, elektronik sistemin isə Tayvan istehsalı olduğunu qeyd edib.

Hazırda uçuş aparatı üzərində texniki və kimyəvi ekspertizalar davam etdirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm