Bu dəfə Ukrayna: 200 uşaq yoxa çıxıb
Bizi izləyin

Dünya

Bu dəfə Ukrayna: 200 uşaq yoxa çıxıb

Donetsk vilayətinin Slavyansk şəhərindən təxliyyə olunan 200 uşaq yoxa çıxıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Slavyanskdan avtobuslarla çıxarılan 200 uşaq sonuncu dəfə terrorçuların blokpostunda görünüb.

Bu barədə antiterror operativ əməliyyat qrupunun mətbuat katibi Vladislav Seleznyov keçirdiyi brifinq zamanı deyib. “Slavyansk şəhərindən uşaqların çıxarılması ilə bağlı yaranan vəziyyət kifayət qədər anlaşılmazdır. Uşaqların harada olduğu məlum deyil”, Seleznyov bildirib.

Bir qədər əvvəl isə mətbuat Slavyanskdan təxliyyə olunan təxminən 200 uşağın Krım və ya Moskva ətrafına göndərilməsinin planlaşdırıldığını yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm