• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ukrayna: arxada Avropa, qabaqda Rusiya

  • Dünya
  • 31 May 2014 11:30
  • 2 757 Baxış
Ukrayna: arxada Avropa, qabaqda Rusiya

Ukrayna ordusu Avropadan təxminən 3 min gülləkeçirməyən jilet və 7 mindən çox dəbilqə alacaq.

Publika.az-ın “RBK-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.

Hərbi ləvazimatlar ölkənin şərqində həyata keçiriləcək xüsusi əməliyyatlar üçün nəzərdə tutulub.

“Beləliklə də, Ukrayna hərbçiləri lazımi şəkildə qorunacaq”, daxili işlər naziri ifadə edib. O, etiraf edib ki, ölkənin şərqində antiterror əməliyyatının davam etdirilməsi üçün hərbi ləvazimatlar kifayət etmir.

Baş nazir Arseniy Yasenyuk da Ali Radada etdiyi çıxışında Ukrayna ordusunun təminat sisteminin tamamilə məhv edildiyini deyib.

O, hərbi qulluqçuların ərzaq təminatı üçün əlavə vəsaitin ayrılmalı olduğunu bildirib. Onun sözlərinə görə, faktiki olaraq Ukrayna silahlı qüvvələrinin arxa təminat sistemi yenidən qurulmalıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR