Terrorla mübarizə aparan şəxs vəzifədən uzaqlaşdırıldı
Bizi izləyin

Dünya

Terrorla mübarizə aparan şəxs vəzifədən uzaqlaşdırıldı

Hamza Bayandır işindən azad olunaraq “passiv” vəzifə kimi xarakterizə edilən İnşaat Əmlak Şöbə müdirliyinə təyin edilib. H.Bayandırın yerinə isə onun köməkçisi Hakan Duman gətirilib.

Türkiyədə 17 Dekabr “sui-istifadə və rüşvət əməliyyatı” sonrası təhlükəsizlik strukturlarında həyata keçirilən yerdəyişmə və vəzifədən uzaqlaşdırılmalar davam edir.

Publika.Az ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, növbəti belə bir hal paytaxt Ankarada qeydə alınıb.İki il Ankara polis idarəsinin terrorla mübarizə şöbəsinin müdiri vəzifəsini icra edən Hamza Bayandır işindən azad olunaraq “passiv” vəzifə kimi xarakterizə edilən İnşaat Əmlak Şöbə müdirliyinə təyin edilib. H.Bayandırın yerinə isə onun köməkçisi Hakan Duman gətirilib.

H.Bayandır bu vəzifəyə iki il əvvəl Kayseri polis idarəsinin terrorla mübarizə şöbəsinin müdirliyindən gətirilmişdi. O, paytaxtda həyata keçirilən terror hücumlarını araşdıran qrupa rəhbərlik edirdi. Bayandir və və qrupu Ədliyyə Nazirliyinə əl bombası, AKP-nin mərkəzi qərargahı və polis idarəsinə raketlə hücumlar təşkil edən terrorçuları qısa müddətdə müəyyənləşdirmişdi. O, ABŞ-ın Ankara səfirliyinə təşkil edilən hücumun da araşdırılmasında əhəmiyyətli rol oynamışdı. Bayandır hücumun araşdırılması üçün Ankaraya gələn Federal Təhqiqat Bürosu qrupu ilə birgə işləmişdi.

H.Bayandır həmçinin, Parisdə PKK-lı 3 qadını ölümündə ittiham olunan Ömər Güneyin Ankaradakı əlaqələrini araşdırmışdı. Belə ki, onun hadisədən əvvəl Ankaraya bir çox dəfə gəldiyi müəyyənləşdirilmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm