Ukrayna səması: bulud yerinə “Su-25” və “MİG-29”
Bizi izləyin

Dünya

Ukrayna səması: bulud yerinə “Su-25” və “MİG-29”

Vəziyyət gərgindir: “Su-25” və “MİG-29”lar havada

Ukraynanın şərqində hazırda ən gərgin döyüşlər Donetsk şəhəri ətrafında gedir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Donetskdə yerləşən hərbi hava bazasının üzərində hazırda vertolyotlar müşahidə aparır.

Məlumata görə, Donetsk beynəlxalq aeroportu uğrunda yeni döyüşlər başlanıb. Ukrayna ordusunun “Su-25” və “MİG-29” kimi hərbi təyyarələrdən istifadə etdiyi bildirilir.

Gərgin döyüşlərin getdiyi digər bir yer isə Donetsk yaxınlığındakı Xoroşovo qəsəbəsidir.

Qeyd edək ki, aktiv döyüş əməliyyatları 25 may prezident seçkilərində dayandırılmışdı. Seşkilərin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra 26 mayda hərbi əməliyyatlar yenidən başlayıb. İki gün əvvəl isə Donetsk beynəlxalq aeroportu tamamilə Ukrayna hərbçilərinin əlinə keçmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm