20 illik ssenari: çeçenlər, “könüllülər” və…
Bizi izləyin

Dünya

20 illik ssenari: çeçenlər, “könüllülər” və…

20 illik ssenari: çeçenlər, “könüllülər” və…

“Rusiya, demək olar ki, 20 il əvvəl olduğu kimi qonşu və keçmiş sovet respublikalarının daxili işlərinə “könüllülər”, çeçenlər, həmçinin fərqləndirici nişanları olmayan texnikadan istifadə edərək qarışır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər məşhur “Bloomberg” agentliyinin saytında dərc olunan “Rusiyanın Ukrayna münaqişəsində iştirakı aşkar oldu” başlıqlı yazıda yer alıb.

Yazıda qeyd olunur ki, son günlər ölü, həmçinin sağ olaraq ələ keçirilən separatçıların Rusiya vətəndaşı olması Rusiyanın hərbi qarşıdurmada birbaşa iştirakı ilə bağlı heç bir şübhə yeri qoymur: “Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun bəyanatları elə bir təəssürat yaradır ki, onlar sanki yad müşahidəçilərdir. Amma onların iddialarına çox az adam inanır. Hər halda, hamı Rusiyanın Krımdakı hərəkətlərini və ölkənin şərqində separatistlərin fəallığını görür. Nəzərə almaq lazımdır ki, separatçılara xalqın dəstəyi çox zəifdir. O halda separatçılar niyə bu qədər təsirlidir? Əlbəttə, Rusiya iddia edə bilər ki, Donetskdə ölən Rusiya vətəndaşları könüllülər idi və Ukraynaya öz etnik yoldaşlarını müdafiə etməyə getmişdilər. Amma öldürülənlərin əksəriyyəti çeçenlərdir və onları heç cür rus millətçisi adlandırmaq olmaz”.

“Bloomberg” yazır ki, yaxın vaxtlarda Ukrayna hərbçiləri tərəfindən saxlanılan iki rusiyalı jurnalistin azad olunması üçün Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun birbaşa danışıqlar aparması da müəyyən suallar doğurur: “Çeçen muzdluları Ramzan Kadırova tabedir. Amma Kadırov Ukraynaya heç kimi göndərmədiyini iddia edi. Amma bu halda izah etmək çətindir ki, yaxın vaxtlarda Ukrayna hərbçiləri tərəfindən tutulmuş iki Rusiya jurnalistinin azad olunması üçün danışıqları niyə şəxsən özü aparırdı? Təsəvvür etmək mümkün deyil ki, Kadırov Moskvanın razılığı olmadan öz döyüşçülərini Ukraynaya göndərsin. Bu münaqişədə də 20 illiyin ssenarisi tətbiq edilir. Rusiya demək olar ki, 20 il əvvəl olduğu qonşu və keçmiş sovet respublikalarının daxili işlərinə “könüllülər”, çeçenlər, həmçinin fərqləndirici nişanları olmayan texnikadan istifadə edərək qarışır”.

Ukraynada keçirilən prezident seçkiləri ərəfəsində Rusiyanın hərbi qruplaşmalarını Ukrayna sərhədindən geri çəkildiyini xatırladan “Bloomberg” bildirir ki, yalnız prezident seçkilərinin sayəsində bu ölkədə vəziyyəti sabitləşdirmək mümkün olmayacaq:

“Donetsk aeroportunun tutulması üçün separatçıların döyüş əməliyyatlarına başlaması deməyə əsas verir ki, onlar əməliyyatların yenilənməsinə siqnal kimi seçkiləri qəbul etdilər. Donetsk aeroportu bütün regiona xidmət edir və həyati əhəmiyyətli infrastruktur obyektidir. Əgər separatistlər onu öz nəzarəti altına ala bilsəydilər, o halda Rusiya və digər keçmiş sovet respublikalarından təyyarələrlər çatdırılan yardım sayəsində möhkəmlənə bilərdilər. Yeni seçilmiş prezident Pyotr Poroşenkonun aeroport üzərində nəzarətin ələ keçirilməsi məqsədi ilə havadan hücum əmrini verməsi onu göstərir ki, yeni hakimiyyət sərt xətt yeritmək niyyətindədir”.

“Amma şübhə yoxdur ki, Rusiya Ukraynada stabilliyi pozmaqda davam etmək üçün hər şeyi edir. Bu kampaniya Krımın zəbt edilməsindən başlandı. Bütün baş verənlər göstərir ki, Putin dayanmayacaq. Rusiyaya qarşı daha geniş iqtisadi sanksiyaların tətbiqi məsələsi gündəmdə qalmalıdır. Fransa Rusiyaya hərbi gəmilərinin satışından imtina etməlidir. Ukraynadan yan keçərək rsu qazını Avropaya çatdıracaq “Cənub axını” layihəsində iştirak edən dövlətlər ondan imtina etməlidir”, yazıda sonda qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm