Timoşenko Moskvada güllələndi
Bizi izləyin

Dünya

Timoşenko Moskvada güllələndi

Timoşenko Moskvada güllələndi

Bu gün səhər saatlarında Moskvada keçmiş “qanuni oğru” güllələnib.

Rus mətbuatından verilən xəbərə görə, qətlə yetirilən şəxs Belarus vətəndaşı Aleksandr Timoşenko olub.

O, cinayət aləmində “Timoxa” ləqəbi ilə tanınıb. Hüquq mühafizə orqanlarının yaydığı məlumata əsasən, 59 yaşlı Timoşenko həyatının 25 ilini həbsxanada keçirib. 10 il bundan qabaq dələduzluq və Polşa sakini döydüyü üçün Almaniyada mühakimə edilib, həmçinin onun adı kriminal avtoritet Yefim Laskinin qətlində də hallanır.

Qeyd edək ki, Timoşenko yanvar ayının 28-i hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq zamanı Timoşenko özünün “qanuni oğru” olmadığını etiraf edib. Görünür, peşəkar cinayətkar artıq söz danışmaqdan boyun qaçırmaqla məhkəmədə ona qarşı istifadə ediləcəyindən ehtiyat edib.

Xatırladaq ki, Timoşenkoya 3 il şərti həbs cəzası kəsilmişdi, lakin yaxşı əlaqələrə görə həbs cəzasını “başa vurub”. Ötən il hüquq mühafizə orqanının nümayəndələrinə qanuni oğru olduğunu etiraf edib. “Timoxa” ləqəbli “qanuni oğru” 10 il müddətində keçmiş SSRİ ölkələrindən çıxmış ən hörmətli kriminal başçı hesab olunub.

O, dünyada məşhur olmaqla yanaşı qanuni oğru hesab olunan Yaponçikin “ailəsinə” daxil olub və onun ən sadiq adamına çevrilib. Lakin oğru aləmində gedən mübarizədə Yaponçik Ded Xasanı müdafiə etməsinə etiraz olaraq o, gürcülərin tərəfinə keçib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm