Maydanda yenidən etiraz aksiyası başlayıb
Bizi izləyin

Dünya

Maydanda yenidən etiraz aksiyası başlayıb

Bu gün Kiyevin mərkəzində Maydan fəalları yenidən toplaşaraq təkərlərdən iri tonqallar düzəldiblər.

Bu gün Kiyevin mərkəzində Maydan fəalları yenidən toplaşaraq təkərlərdən iri tonqallar düzəldiblər.

Avrointeqrasiya tərəfdarları bununla hakimyətin Maydanı mitinqçilərdən təmizləmək planına etiraz edirlər. Maydan ictimai şurasının üzvü Vladimir bildirib ki, onlar Maydanda hakimyətə təsir etmək üçün yığışıblar, Kiyevin yeni meri Kliçko onlarla əlaqə qurmalıdır.

Eyni zamanda Kliçko öz "Facebook" səhifəsində yazıb ki, hər gün kiyevlilərdən onlarla məktub alır. Şəhər sakinləri ondan Maydanda səliqə-səhman yaratmağı tələb edirlər.

Mayın 29-da Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Aleksandr Turçinov Maydanda çadır şəhərciyinin sökülməsi ilə əlagədar qərar verib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm