MKİ-nin direktoru: “Rusiya onilliklərdir bunu edir”
Bizi izləyin

Dünya

MKİ-nin direktoru: “Rusiya onilliklərdir bunu edir”

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib.

Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya və bəzi başqa dövlətlərin 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkiləri qarışmağa çalışacağını bildirb.

“Mən əvvəlki kimi yalnız Rusiyanın deyil, həm də başqa dövlətlərin cəhdlərindən narahatam. Bizim Qərb demokratiyasına zərbə vurmaq istəyən çox rəqibimiz var”, - Mayk Pompeo CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya onilliklərlə ABŞ-da seçki prosesinə qarışır. Pompeo qeyd edib ki, MKİ 2018-ci ildəki seçkilərin təhlükəsiz və demokratik olması üçün çalışır.

“Biz seçkilərin nəticələrinə təsir etmək istəyən Rusiya və başqa dövlətlərə qarşı duracağıq”, - Pompeo əlavə edib.

ABŞ-ın daha bir rəsmisi – ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster isə bildirib ki, Rusiyanın Meksikada keçiriləcək prezident seçkilərinə (2018-ci ilin iyulunda keçiriləcək –red.) müdaxiləsinin əlamətləri mövcuddur.

O, həmçinin, Kataloniyada keçirilən referendumu Rusiyanın başqa dövlətlərin işlərinə müdaxiləsinin daha bir nümunəsi adlandırıb.

Qeyd edək ki, Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi üzrə hazırda ABŞ Konqresində araşdırmaları aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm