Xameneidən TƏHDİD: “Ağlı yerində olmayan bu adam bilməlidir ki...”
Bizi izləyin

Dünya

Xameneidən TƏHDİD: “Ağlı yerində olmayan bu adam bilməlidir ki...”

İranın ali dini lideri ayətulah Əli Xamanei ölkəsində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları ilə əlaqədar ABŞ prezidenti Donald Trampı təhdid edib.

Publika.az FARS agentliyinə istinadən xəbər verir ki, ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında dekabrın 28-də başlanan aksiyaların kənardan təşkil edildiyini bildirib.

“Ağlı yerində olmayan bu adam, bunun cavabsız qalmayacağını bilməlidir”, - dini lider deyib.

O, etiraz aksiyalarının ABŞ və İsrail tərəfindən planlaşdırıldığını, Fars körfəzindəki zəngin bir ölkə (Səudiyyə Ərəbistanı nəzərdə tutulur - red.) tərəfindən maliyyələşdirildiyini, alət olaraq isə Xalq Mücahidləri Təşkilatından istifadə edildiyini vurğulayıb. Xameneinin sözlərinə görə, təşkilatın üzvləri neçə aydır təşkilatlandıqlarını, amerikalılarla əlaqədə olduqlarını və daxildə olan adamlarla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri də etiraf ediblər.

“Başınız daşa dəydi, təkrar etsəniz, yenə müvəffəqiyyətsizliyə uğrayacaqsınız. Bir neçə gün ərzində İrana zərər verdiniz, bu, cavabsız qalmayacaq”, - Xamenei üzünü ABŞ-a tutaraq söyləyib.

Qeyd edək ki, İranda dekabrın 28-də başlayan və bir həftədən çox davam edən etiraz aksiyalarında 20-dən çox insan ölüb, 3700 nəfər saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm