“Müharibələr bunlarla qazanılacaq” - Trampın yeni nüvə doktrinasına Moskvadan CAVAB
Bizi izləyin

Dünya

“Müharibələr bunlarla qazanılacaq” - Trampın yeni nüvə doktrinasına Moskvadan CAVAB

ABŞ-ın yeni nüvə doktrinası və ballistik raketlərin yeni modifikasiyası dünyada strateji qüvvə nisbətini Birləşmiş Ştatların xeyrinə dəyişdirmək gücündə deyil.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni nüvə doktrinası ilə bağlı məlumatları şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.

“Düşünürəm ki, bütün bunlar piar kimi görünür. Bu, Suriyada Rusiya silahının müvəffəqiyyətlərinə ABŞ-ın bir növ cavabdır. Heç bir yeni nüvə döyüş başlığı dünyada strateji qüvvə nisbətini ABŞ-ın xeyrinə dəyişdirmək gücündə deyil. Və biz qızğın silahlanmaya girməyə hazırlaşmırıq”, - Klinseviç qeyd edib.

O vurğulayıb ki, ABŞ-ın yeni nüvə başlığı fövqəladə bir şey deyil və Rusiyanın bu silaha cavab verməsi üçün bütün imkanları var:

“Bizdə raket hücumundan unikal müdafiə sistemi yaradılıb. Bu sistem uçan və istənilən hündürlükdə olan hər şeyi ələ keçirməyə qadirdir. Biz artıq radio elektron vasitələrinin inkişafında amerikalıları qabaqlayırıq”.

Klinseviçin sözlərinə görə, müasir müharibədə müvəffəqiyyət nüvə döyüş başlıqları ilə deyil, informasiyanın səmərəli idarəsi və müasir texnologiyalarla təmin edilir. O qeyd edib ki, Rusiya məhz sadalananlara malikdir.

Qeyd edək ki, Böyük Britaniyanın “Qardiyan” nəşrinin silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya istinadən yazdığına görə, Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə siyasətinin yeni doktrinasını hazırlayıb. Doktrinaya əsasən “Trident D5” ballistik raketləri belə döyüş başlıqları ilə təchiz ediləcək. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm