• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Ermənistan Rusiya tanklarının yarış poliqonuna çevriləcək”- İddia

  • Dünya
  • 23 Yanvar 2014 17:26
  • 686 Baxış
“Ermənistan Rusiya tanklarının yarış poliqonuna çevriləcək”- İddia

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dünən keçirdiyi mətbuat konfransında Rusiyanın miqrasiya qanunvericiliyinə ermənilər üçün xüsusi düzəlişlər edilə biləcəyini söyləyib.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Lragir” qəzeti yazıb.Erməni nəşri bildirir ki, rəsmi İrəvan vətəndaşlarının ölkəyə qayıtmaması, Rusiyanın onlara öz vətəndaşları kimi baxması üçün əlindən gələnini edir. “Göründüyü kimi, Ermənistan hakimiyyətinin Rusiya ilə apardığı danışıqlar yalnız qazın qiymətinin azaldılması, insanlarlın ölkəni tərk etməməsi üçün Ermənistanda yeni iş yerlərinin açılmasını əhatə etmir. Ermənistan hakimiyyəti eyni zamanda Moskvadan miqrant vətəndaşları üçün ən yaxşı şəraiti yaratmağı xahiş edirlər”, - “Lragir” qeyd edir.

Yığım pensiya sisteminin tətbiqi barədə yanvarın 1-indən qüvvəyə minən qanuna qarşı 18 yanvar tarixində keçirilən mitinqdə qaldırılan plakatlardan bir neçəsində “Biz getməyəcəyik - ümid etməyin" yazılmışdı. “Lragir” bildirir ki, hazırkı hakimiyyət üçün ağır vəziyyətdən çıxış yollarından biri də emiqrasiyadır. Amma qəzet hesab edir ki, “Biz getməyəcəyik - ümid etməyin" şüarı emiqrasiyanı “qurtuluş” olaraq görən hakimiyyətin ümidlərini puç edir.

“Edvard Nalbandyan işarə etdi ki, iqtisadi ittifaq kimi yaradılan Gömrük Şurasında başqa inkişaflar mümkündür. O, yəqin ki, Avrasiya İttifaqının yaradılmasını nəzərdə tutur. O halda Ermənistan vətəndaşlarının Rusiyaya getməsində heç bir problem olmayacaq. Hamı gedə biləcək və Ermənistan hər ay Rusiya tanklarının yarış keçirməsi üçün rahat poliqon olacaq”, - “Lragir” bildirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR