Dünya
Böyük müharibə olacaqmı? - Putin bu ölkədə Qarabağ SSENARİSİNİ REALLAŞDIRIR
“Rusiya və Ukraynanın münasibətlərində çətin ki, 2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq”.
Publika.az xəbər verir ki, belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi şərhçi Dmitri Oreçkin səsləndirib.
Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.
“Əhəmiyyətli hərəkətlər ehtimal ki, daha çox mənfi nəticələr gətirəcək, nəinki müsbət. Əgər Rusiya prezidenti hücuma keçərsə, bu, sanksiyaların daha bir zərbəsinə və Putinin daxili siyasi mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Eyni çaya ikinci dəfə girmək olmaz: Donbas birləşməsi Rusiya əhalisini sevindirməyəcək. Poroşenko hücum edərsə, onda o, Qərbin dəstəyini almayacaq. Nə Putinə, nə də Poroşenko üçün ciddi əməliyyatlara getmək maraqlı deyil. Mübadilə şəklində ittihamlar, təmas xətti boyu atışmalar, terror aktları və diversiyalar olacaq. Amma böyük müharibə olmayacaq, çünki o nə heç bir tərəfə lazım deyil”, - o qeyd edib.
Dmitri Oreçkinin sözlərinə görə, Putin sadəcə bütün Qərb və dünyanın Krımın Rusiyaya birləşməsini və Donbasın havadan asılı vəziyyətdə olan statusunu qəbul etməsini istəyir:
“Putin oturur və gözləyir ki, Qərb bu vəziyyətlə barışacaq. Donbas yəqin ki, Şimali Kipr Respublikası və ya Dağlıq Qarabağ kimi havadan asılmış vəziyyətdə olacaq. Təbii ki, zərərçəkmiş ölkənin rəhbərliyi bu faktı heç vaxt tanımayacaq və tikəni özünə birləşdirmiş təcavüzkar ölkəyə güzəşt etməyəcək. Sual odur ki, Putin bu tikəni həzm edə biləcəkmi? Bu, hələ ki onun üçün çətindir, çünki resursları çatmır”.
Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla (Rusiyanın Donbas üzrə "kuratoru" adlandırılır - red.) ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin sülh missiyasına gəlincə, Oreşkin görüşlərin davam etdiriləcəyi qənaətindədir.
“Volker Surkova xoşagəlməz sualları verəcək və o bu suallara cavab tapacaq. Və vəziyyət həvəssiz şəkildə davam edəcək. Aydındır ki, resursların çatışmazlığı üzündən Moskva nə “LXR” və “DXR” (Donbasda yaradılan rusmeylli separatçı qurumlar, “xalq respublikaları” adlandırılır –red.) özünə birləşdirəcək, nə də onların Ukraynaya qaytarılması üzrə razılaşmanı imzalayacaq”, - Oreşkin yekunlaşdırıb.
Ömər Dağlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO