• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ukrayna qırıcıları da Luqanskda - VİDEO

  • Dünya
  • 2 İyun 2014 10:51
  • 518 Baxış
Ukrayna qırıcıları da Luqanskda - VİDEO

Luqansk vilayətində hazırda separatçılarla Ukrayna ordusu arasında şiddətli döyüşlər gedir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Luqansk sərhəd xidməti təxminən 400-ə qədər silahlının hücumunu dəf etməkdə çətinlik çəkir.

Sərhədçilərin köməyinə gələn Ukrayna Silahlı Qüvvələrinin qırıcıları isə separatçıların mövqelərinə zərbə endirə bilmir. Bu isə onların yaşayış binalarında gizlənməsi ilə əlaqədardır. Xəbər agentliyinin məlumatına görə, yaşayış binalarında gizlənən silahlılar snayperlərlə sərhədçilərin mövqeyini atəşə tutur. Sərhədçilərin arasında yaralıların olduğu bildirilir.

Rusiyanın “RİA-Novosti” xəbər agentliyi isə Ukrayna sərhədçilərindən birinin öldüyünü xəbərini yayıb. Qeyd edək ki, separatçılar bu gecə Ukraynanın Luqansk vilayətinin sərhəd xidmətinə genişmiqyaslı hücum həyata keçiriblər.

Avtomat və qumbaraatanlarla silahlanan dəstə üzvləri birinci hücumu təxminən saat 4-də başlayıb və 40 dəqiqə davam edib. Bundan sonra isə separatçılar mövqeyini dəyişərək yenidən hücuma keçiblər.

Məlumata görə, bundan sonra da sərhəd xidməti ətrafına terrorçuların əlavə qüvvələrinin cəmləşməsi davam edib. Saat 7-də onların sayının təxminən 400-ə çatdığı bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR