Dünya
Hərbi Dəniz Qüvvələrində 97 nəfər həbs ediləcək – Özəl
Respublika Hərbi Prokurorluğu Hərbi Dəniz Qüvvələrində yoxlamaları davam etdirir.
Etibarlı mənbədən Publika.az-a verilən məlumata görə, yeyintilərin miqdarı o qədər böyükdür ki, həbslər daha geniş çevrəni əhatə edə bilər.
Bundan sonra hələ 97 nəfərin həbs olunacağı söylənilir. Əgər HDQ-nin sabiq komandanı, vitse admiral Şahin Sultanov “danışsa”, keçmiş müdafiə naziri Səfər Əbiyevin həbs olunması qaçılmazdır.
Mənbənin bildirdiyinə görə, Şahin Sultanovun həbsi məhz Səfər Əbiyevlə sıx münasibətləri olan,”kod555”adı ilə tanınan, miçman Elxan Hacıyevin verdiyi ifadələrdən sonra reallaşıb.
Xatırladaq ki, onun adı ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarının satılması, qanunsuz metal satışı, hərbi obyektləri, torpaq sahələrinin balansdan silinərək öz adlarına sənədləşdirilməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Quba, Qusar, Şəki və Türkiyədə villalar alınması, hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlədilməsi, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb. Mənbənin bildirdiyinə görə, istintaqın əvvəlində miçman Hacıyev susurmuş.
Sonradan prokurorluq Elxan Hacıyevin oğlu Rövzət Hacıyev barəsində yoxlamalara başlayıb. Evlər İdarəsinin rəisi olan Rövzət Hacıyevin adı qanunsuz mənzil alğı-satqısında hallanıb. Məhz oğlunun bu işlərdə adının hallanmaması üçün Elxan Hacıyev ifadələr verməyə başlayıb və Şahin Sultanov həbs olunub. Mənbəmiz qeyd edir ki, qanunsuzluqların miqdarı çox böyükdür. Təkcə bir gəmidə 400 ton oğurluq dizel yanacağı aşkarlanıb. Əgər indiyədək susan Şahin Sultanov ifadə verməyə başlayarsa, daha bir neçə generalın həbsi labüd olacaq.
İlqar Atabəyli
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?