• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

MOSKVA ŞOKDA: rus nüvəsi Ukraynadan asılıdır

  • Dünya
  • 2 İyun 2014 11:27
  • 1 214 Baxış
MOSKVA ŞOKDA: rus nüvəsi Ukraynadan asılıdır

Ukrayna-Rusiya münasibətlərinin daha da gərginləşməsi Rusiyanın nüvə gücünə də mənfi təsir edə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, söhbət Ukrayna istehsalı olan nüvə başlıqlı P- 36M2 “Voyevoda” raketlərindən gedir.

Saytın yazdığına görə, Rusiya nüvə döyüş başlığının 83 faizi məhz bu raketlərlə daşınır. NATO tərəfindən “Şeytan” raketi olaraq adlandırılan P- 36M2 ballistik raketləri Ukraynada istehsal edilir.

Rusiya “Şeytan” raketlərini nüvə müdafiə sisteminin ən əhəmiyyətli parçası olaraq görür. Ayrıla bilən bir çox nüvə başlığı daşıyan bu raket, eyni zamanda, ABŞ və NATO-nun qurmaqda olduğu raket qalxanına da dirənə bilən ən ciddi silah olaraq göstərilir.

Kremlin bütün dünyanı hədələdiyi bu qorxunc və güclü silah Ukraynanın “Pivdenne” və “Pivdenmaş” hərbi zavodlarında istehsal olunur.

“Əgər Ukrayna mütəxəssisləri bu silahların istehsalını dayandırarsa, Rusiya bütün nüvə arsenalını itirəcək. Raketlər ən yaxşı halda uçmayacaq”, Ukrayna saytı yazır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR