Dünya
MÜHARİBƏ BAŞLADI: Türkiyə ordusunun hücuma keçməsinin ŞOK SƏBƏBİ - VİDEO (YENİLƏNDİ)
Türkiyənin Afrini bombalamasının səbəbi məlum olub.
Publika.az xəbər verir ki, ABŞ PKK/PYD terrorçularının
nəzarətində olan Suriyanın şimal bölgəsinə Dövlət Departamentinin
nümayəndə heyətini göndərib.
Amerikadan gələn nümayəndə heyəti PKK/PYD terrorçuları ilə birlikdə
müzakirələr aparıblar. Türkiyənin Afrini bombalaması da ABŞ-a mesaj
olaraq qiymətləndirilir.
Türkiyə ordusu amerikalı nümayəndə heyətinin terrorçularla
görüşdüyü vaxtda hücuma keçib.
***
Türkiyə ordusu PYD terrorçularının əlindəki Afrin
bölgəsini bombalamağa başlayıb.
Publika.az xəbər verir ki, bu gün günorta saatlarından
etibarən Türkiyənin Hatay vilayətinin Rehyanlı bölgəsindən Afrinə
top atışları atılıb.
Qeyd edək ki, İdlibə girən Türkiyə ordusu aylardı Afrin
əməliyyatına hazırlaşır. ABŞ isə Suriyanın şimalında (Türkiyənin
cənub sərhədi) PKK/PYD güclərini silahlandırmağa davam edir.
Amerikanın PYD/YPG terrorçularından təşkil etdiyi Suriya
Demokratiya Qüvvələrini (SDQ) Türkiyənin cənub sərhədlərində
yerləşdirməyə başlaması və təlimlər keçməsi Ankaranın hərəkətə
keçməsinə səbəb oldu. Son məlumatlara görə, əməliyyat üçün əmr
yanvarın 17-də keçiriləcək Milli Təhlükəsizlik Şurasında veriləcək.
Lakin bu gün Afrinin bombalanması əməliyyatın tezləşdirilə biləcəyi
ehtimalını gücləndirir. Hazırda Afrin Türkiyə ordusu tərəfindən
mühasirəyə alınıb.
Asif
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək