Ankaradan ABŞ-a SƏRT TƏLƏB: “İkisindən birini seçin”
Bizi izləyin

Dünya

Ankaradan ABŞ-a SƏRT TƏLƏB: “İkisindən birini seçin”

“ABŞ tərəfini seçməlidir: ya müttəfiqləri, ya da terror təşkilatlarını”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, ABŞ koalisiya güclərinin adından bəyanat verə bilməz.

“PKK-ya qarşı mübarizə apardığımız şəkildə onlarla da mübarizə aparacağıq. ABŞ tərəfini seçməlidir. ABŞ Rakka ilə bağlı bizə verdiyi sözləri yerinə yetirmədi. Sabah ABŞ-ın dövlət katibi Reks Tillerson ilə bu məsələni müzakirə edəcəyəm. ABŞ dəqiq bir qərar qəbul etməli və konkret mövqe ortaya qoymalıdır”, - o söyləyib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan edib. Onun əsasını PYD terror təşkilatı təşkil edəcək. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm