Tramp KXDR mövzusunda Çinlə ortaq qərar aldı
Bizi izləyin

Dünya

Tramp KXDR mövzusunda Çinlə ortaq qərar aldı

Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp KXDR-də mövcud problemləri nizama salmaq məqsədilə telefon əlaqəsi saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Çinin yerli mətbuat orqanları məlumat yayıb. Məlumata görə, liderlər iki tərəfli razılıq halında mövcud sferada yeni koordinasiya və daha güclü əməkdaşlıq haqqında fikir mübafiləsi ediblər.

“Telefon söhbəti zamanı liderlər Koreya yarımadası məsələsində son irəliləmələri müzakirə edərək yeni çıxış yolları haqqında, həmçinin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığı haqqında sağlam dinamikanı davam etməyə razılıq veriblər.

Donald Tramp isə telefon danışığı ilə əlaqəli fikirlərini özünün tvitter səhifəsində bölüşərək rəsmi Pekinlə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyini yazıb: “Yüksək səviyyədə ticarət əlaqələrimiz davam edəcək. Rəsmi Pekinlə ABŞ arasında ticarət-iqtisadi sferada yaranan mövcud problemləri nizamına uyğun şəkildə həll etməyə qərar verdik. Ortaq məxrəcə gəldiyimiz mövzular, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün olduqca əlverişlidir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm