Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edildi
Bizi izləyin

Dünya

Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edildi

İtaliyanın Aralıq dənizi sahillərində yerləşən Siciliya boğazında 1400 nəfərə yaxın miqrant xilas edilib.

Publika.az xəbər verir ki, əməliyyat İtaliyanın Sahil Mühafizə Xidməti, Avropa İttifaqının "Eunvaformed" missiyası və bir qeyri-hökumət təşkilatı əməkdaşları tərəfindən aparılıb. Əməliyyatların keçirilmə müddəti açıqlanmır. Miqrantları batmaqda olan 7 kater və 4 qayıqdan xilas etmək mümkün olub. Bildirilir ki, qaçqınlar Liviyadan İtaliya sahillərinə gəlməyə çalışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm