Quttereş: "Əcnəbi ordular Suriyada vəziyyəti qəlizləşdirir"
Bizi izləyin

Dünya

Quttereş: "Əcnəbi ordular Suriyada vəziyyəti qəlizləşdirir"

Suriyadakı vəziyyətin çətinləşməsinə münasibət bildirən BMT-nin baş katibi Antonio Quttereş “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq planını şərh edərkən maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, baş katib Suriyadakı mövcud vəziyyəti ölkədəki çoxsaylı əcnəbi hərbçilərlə əlaqələndirib. Onun sözlərinə görə, məhz bu amil Suriyadakı məsələlərin həllini yubadır: “Suriyada həddən çox ölkənin hərbiçiləri var. Düşünürəm ki, müxtəlif ölkələrin ordusu Suriyadakı vəziyyəti həll etmək yerinə, daha da qəlizləşdirir. Suriya xalqı problemi özü həll edə bilsə, çox daha yaxşı olacaq”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm