Düşmən qardaşlar növbəti danışıqlara başladılar
Bizi izləyin

Dünya

Düşmən qardaşlar növbəti danışıqlara başladılar

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətləri növbəti danışıqlar başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NHK televiziya şirkəti bildirib.

Danışıqlarda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında KXDR idmançılarının iştirakı imkanları və detalları müzakirə ediləcək. Danışıqlar silahsızlaşdırılmış zonada yerləşən Pxanmundjom məntəqəsində keçirilir.

Qeyd edək ki, KXDR-in olimpiadada iştirakı haqqında prinsipial razılıq yanvarın 9-da əldə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm