ABŞ-da sərhədlər dəyişir - Müstəqillik bəyannaməsi ELAN EDİLDİ
Bizi izləyin

Dünya

ABŞ-da sərhədlər dəyişir - Müstəqillik bəyannaməsi ELAN EDİLDİ

ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup separatçı “Yeni Kaliforniya” adı ilə yeni bir ştatın müstəqilliyini elan edib.

Publika.az xəbər verir ki, “USA Today” qəzetinin yazdığına görə, qrupun rəhbəri Paul Preston ABŞ konstitusiyasının 4-cü maddəsinə istinad etdiklərini bildirib.

“ABŞ-dan deyil, sadəcə Kaliforniyadan ayrılmaq istəyirik”, - Preston deyib.

Preston qeyd edib ki, təşəbbüsün səbəbi Kaliforniyanın sahil rayonları ilə daxili hissələrinin gəlirlərinin fərqli olmasına baxmayaraq, onların eyni qanunlar yaşamasıdır. O, bunun ədalətli olmadığını söyləyib.

ABŞ KİV-inin xəbərinə görə, “separatçılar” üçün qanuni prosedur 10 aydan 18 aya kimi çəkə bilər. ABŞ konstitusiyasına əsasən, inzibati sərhədlərin barədə son qərar ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.

2014-ci ildə amerikalı milyarder Tim Draper Kaliforniyanı 6 ştata bölmək üçün imza toplamış, ancaq məqsədinə çata bilməmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm