Dünya
“Bu, dörd ölkənin intiharı olacaq” - ŞOK PROQNOZ
“Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılması 4 ölkənin – Türkiyə, İran, İraq və Suriyanın intiharı deməkdir”.
Publika.az xəbər verir ki, bunu “Yeni Şəfəq” nəşrinin internet saytında yayımlanan “Sosial şərh” proqramında siyasi şərhçi İbrahim Karagül deyib.
Onun sözlərinə görə, Suriyada əsl qarşıdurma ABŞ və PYD ilə “Suriya Demokratik Gücləri”nin (əsasını PYD terror təşkilatı təşkil edir – red.) nəzarət etdiyi Fərat çayının şərqində baş verəcək. İ.Karagül qeyd edib ki, bölgə ölkələri qərarlılıq göstərəcəyi və birgə hərəkət edəcəyi halda ABŞ heç cür Fəratın şərqində qala bilməyəcək.
“Suriyada müharibənin başa çatması və sülh nizamlanmasında istənilən nəticənin əldə edilməsi ilə ABŞ buradan tədricən çəkilməli olacaq. Fərat çayının qərbində təhlükəsizlik təmin olunduqdan sonra diqqətlər Fəratın şərqinə yönəlməlidir. Amma ABŞ qarnizonlarını və İsrailin gizli qarnizonlarını buradan çıxarmaq üçün bölgə ölkələri qərarlılıq nümayiş etdirməlidir. Əks halda, onlar Fəratın şərqində möhkəmlənəndən sonra yenidən Fəratın qərbinə yönələcəklər, bəlkə də bunu başqa terror təşkilatları ilə edəcəklər”, - o bildirib.
Karagül hesab edir ki, 2018-ci ildə Türkiyə daxilində siyasi müdaxilə həyata keçirəcəklər, amma istədikləri nəticəyə nail olmayacaqlar.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA