Ukraynadan daha bir rus rıçağı
Bizi izləyin

Dünya

Ukraynadan daha bir rus rıçağı

Rusiya hərbi-sənaye kompleksi Ukraynanın əlində

“Ukrayna və Rusiyanın müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dayandırılmasının Ukraynanın hərbi sənaye müəssisələrinə təsiri hiss olunacaq dərəcədə olmayacaq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçukun analitik materialında deyilir.

O qeyd edir ki, 2013-cü ildə Ukrayna xarici ölkələrə ümumilikdə 2,38 milyard dollarlıq hərbi məhsul ixrac edib. Bunun 1 milyard dolları isə Rusiyaya ixracatın payına düşür. 2013-cü ildə Rusiyadan Ukraynaya 700 milyon dollarlıq silah və hərbi ləvazimatlar ixrac olunub. İkitərəfli ticarətdə isə Ukrayna 300 milyon dollar müsbət saldosa malikdir.

Hərbi ekspert qeyd edir ki, Rusiyanın Ukraynaya ixrac etdiyi müdafiə təyinatlı məhsulların 81 faizini Atom Elektrik Stansiyası üçün istifadə olunan məhsullar təşkil edir. “Bu məhsulların ixracı artıq mart ayında dayandırılıb. Ukrayna ABŞ firması olan “Westinghouse”a müraciət edərək Rusiyaya əvəz tapa bilər. Beləliklə, Ukrayna Rusiyadan idxal edilən müdafiə təyinatlı məhsulların 81 faizini əvəz edə biləcək. Ukraynanın Rusiyaya ixrac etdiyi məhsulların əksəriyyəti isə hazırda əvəzolunmazdır”, hərbi ekspert qeyd edir.

D. Tımçuk 2013-cü ildə Ukraynanın 79, Rusiyanın isə 859 hərbi müəssisəsinin əməkdaşlığa cəlb edildiyini bildirir: “Buradan da görünür ki, hərbi əməkdaşlıq dayandırılarsa, Rusiyanın hərbi sənaye kompleksi daha çox zərər görər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm