“Bu ölkəyə çevrilməliyik” - Rusiya çıxış yolu TAPDI
Bizi izləyin

Dünya

“Bu ölkəyə çevrilməliyik” - Rusiya çıxış yolu TAPDI

“Rusiya ikinci Norveçə çevrilməlidir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Maliyyə Nazirliyinin başçısı Anton Siluanov RBK telekanalına müsahibəsində bildirib.

“Rusiya ikinci Norveçə çevrilməlidir. Norveç neftin qiymətindəki dəyişiklikləri tamamilə hiss etmir. Bu ölkə çox ağıllı və konservativ büdcə siyasətini yürüdür”, - nazir deyib.

Qeyd edək ki, Rusiyanın Ehtiyat Fondu 2017-ci ilin dekabrında tamamilə xərclənib.

“2017-ci ilin dekabrında Ehtiyat Fondunun xarici valyutada (7,62 milyard dollar, 6,71 milyard avro və 1,1 milyard funt-sterlinq) qalıqları tam həcmdə federal büdcənin kəsirinin bağlanması üçün istifadə edilib”, - ölkənin Maliyyə Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumatında deyilirdi.

Fond 2018-ci il fevralın 1-dən rəsmən öz mövcudluğunu dayandıracaq. Fond neft-qaz gəlirlərinin hesabına formalaşırdı. Neft qiymətlərinin kəskin aşağı düşməsi iqtisadiyyatı xeyli dərəcədə enerji ehtiyatlarının ixracından asılı olan Rusiyanın gəlirlərinə mənfi təsir göstərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm