Rusiyanın Ukraynaya müdaxiləsi peykdən çəkildi - UNİKAL KADRLAR
Bizi izləyin

Dünya

Rusiyanın Ukraynaya müdaxiləsi peykdən çəkildi - UNİKAL KADRLAR

Rusiya ordusunun Ukraynaya müdaxiləsini sübut edən unikal kadrlar yayılıb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, şəkillər “GlasnostGone” adlı bloger tərəfindən dərc edilib.

Kadrlara görə, Rusiyanın birinci “humanitar karvanı” Ukraynaya 2014-cü il avqustun 22-də girib.

“Peykdən çəkilən bu şəkillər “humanitar yardım” haqqında Rusiyanın yalanına yekun vurur”, - o yazıb.

2015-cü il avqustun 22-də 145 avtomobil heç bir razılıqsız və Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşayiəti olmadan “İzvarino” sərhəd-keçid məntəqəsindən Ukraynanın dövlət sərhədini keçib. Avqustun 23-də isə “humanitar karvan”ın bütün maşınları Ukraynanın ərazisini tərk ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm