Rusiya NATO-nun qarşısına “İskəndər”lərlə çıxır
Bizi izləyin

Dünya

Rusiya NATO-nun qarşısına “İskəndər”lərlə çıxır

Rusiya NATO-nun qarşısına “İskəndər”lərlə çıxır

Rusiya Silahlı Qüvvələrinin Qərb hərbi dairəsi böyük uçuş məsafəsinə malik silahlarla hərbi təlimlər keçirir.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Böyük uçuş məsafəsinə malik yüksək dəqiqlikli silahlarla təchiz edilmiş Rusiya Silahlı Qüvvələrinin döyüş imkanlarının yoxlanılması planı çərçivəsində 27 May tarixindən 5 İyun 2014-cü il tarixinə kimi Qərb hərbi dairəsinin raket birləşməsi və uzaq aviasiya komandanlığı taktiki təlim keçirəcək. Təlimə Qərb hərbi dairəsinin raket birləşmələrindən biri cəlb edilib. Hansı ki, raket birləşməsinin silahlanmasına “İskəndər" operativ-taktiki raket kompleksi və uzaq aviasiya təyyarələri daxildir”, xəbərdə deyilir.

Mətbuat xidmətinin məlumatında deyilir ki, təlimlərin gedişatında şərti rəqibin yüksək əhəmiyyətli yerüstü və hava obyektlərinin məhv edilməsi tapşırıqları yerinə yetirilir. Təlimlərin məhz hansı regionda keçirildiyi isə Müdafiə Nazirliyinin məlumatında bildirilmir. Qeyd edək ki, Rusiya hakimiyyəti Kalininqrad ərazisində “İsgəndər" raketlərinin yerləşdirilməsi ehtimalından dəfələrlə danışıb. Kalininqrad Polşa və Litva, yəni NATO-nun üzvü olan ölkələrin sərhəd olduğu Rusiya anklavıdır. Moskva iddia edir ki, bu addım Şərqi Avropada ABŞ-ın qurmaq istədiyi raket əleyhinə müdafiə sisteminə cavab ola bilər. Ötən ilin dekabrında Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib ki, “İskəndər” raketlərinin Kalininqradda yerləşdirməsi haqqında qərar hələ qəbul edilməyib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ehtiyac olacağı halda belə bir hərbi qərar qəbul edilə bilər. Rusiya Mudafiə Nazirliyindən verilən məlumata görə, Şərqi Avropada ABŞ və NATO-nun hərbi fəallığının artması fonunda Kalininqradda “İskəndər” raketlərinin yerləşdiriməsi məsələsi yenidən aktuallıq qazanıb.

Hazırda raketin “İskəndər-M" və “İskəndər-K” versiyaları Rusiya ordusunun silahlanmasına qəbul edilib. “İskəndər-E” isə raketin ixracat versiyasıdır və 280 kilometr uçuş məsafəsinə malikdir. “İskəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İskəndər-M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir. Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İskəndər-M” raketlərini Kalininqrad vilayətində yerləşdirmişdi və bu Qərbdə ciddi narahatlıq doğurmuşdu. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İskəndər-M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil. Rusiyada bütün raket briqadaları isə 2020-ci ilə "İskəndər” raketləri ilə təchiz edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm