TÜKÜRPƏDƏN CİNAYƏT: Ana 9 aylıq qızının boğazını kəsdi - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

TÜKÜRPƏDƏN CİNAYƏT: Ana 9 aylıq qızının boğazını kəsdi - - FOTO/VİDEO

Psixoloji problemləri olan qadın 9 aylıq körpəsini amansızca qətlə yetirdi.

Publika.az xəbər verir ki, Türkiyənin Mersin şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Psixoloji vəziyyəti yerində olmayan 38 yaşlı Ayşə.T bıçaqla 9 aylıq qızı Firdevsin boğazını kəsib. Qonşular hadisə barədə təcili tibbi yardıma xəbər versələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Qonşular iddia edir ki, qadın əvvəlcə 9 aylıq körpəsini öldürüb, daha sonra isə bıçaqla boğazını kəsərək intihara cəhd edib. Qadının həyatını xilas etmək mümkün olub.

Qadın cinayətdə şübhəli bilinən şəxs olaraq həbs edilib. Məlum olub ki, 9 aylıq körpədən başqa qadının daha 4 övladı var.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm