Tillerson Ukraynanı Avropa ölkələri ilə müzakirə edəcək
Bizi izləyin

Dünya

Tillerson Ukraynanı Avropa ölkələri ilə müzakirə edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson Böyük Britaniya və Fransa səfərində Ukrayna məsələsini müzakirə edəcək.

Publika.az xəbər verir ki, ABŞ-ın Dövlət Departamentinin rəsmi saytının yaydığı məlumata görə, Reks Tillerson yanvar ayının 21-dən 23-nə qədər səfərdə olacaq.

Ayın 21-də Tillerson Londonda ölkənin xarici işlər naziri Boris Conson və Milli Təhlükəsizlik Nazirliyinin sözçüsü Mark Sedvillə görüşəcək.

Görüş zamanı Tillersonun bütün dünya ölkələrinin maraq dairəsində olan İran, Suriya, Liviya, KXDR və Ukrayna məsələləri üzrə əməkdaşlıq haqqında müzakirələr aparacağı bildirilib.

Bundan başqa yanvarın 23-də Fransanın paytaxtı Parisə səfər edəcək ABŞ-ın dövlət katibi R.Tillerson Fransa rəsmiləri ilə də Ukrayna daxil olmaqla, digər mövzularda fikir mübadiləsi aparacaq.

Dövlət Departamentindən verilən məlumatda Reks Tillersonun 24-27 yanvar tarixlərində Davos (İsveçrə) və Varşavaya (Polşa) səfər edəcəyi də qeyd edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm