ABŞ-da ŞOK QƏRAR: qorxulan OLDU, HÖKUMƏT...
Bizi izləyin

Dünya

ABŞ-da ŞOK QƏRAR: qorxulan OLDU, HÖKUMƏT...

ABŞ federal hökuməti maliyyələşmə olmadığına görə işini dayandırıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, demokratlar Senatda respublikaçılara bu barədə qanun layihəsini qəbul etməyə imkan verməyiblər.

Hazırda Senat yeni qanun layihəsi üzrə danışıqlar aparır. Hadisə Donald Trampın prezidentliyinin bir illiyinə təsadüf edir.

Qeyd edək ki, daha əvvəl Konqresin Nümayəndələr Palatası 18 fevrala qədər qüvvədə olacaq müvəqqəti büdcə qəbul edib. Lakin Senatdakı demokratlar həmin büdcə layihəsini bloklayıb. Sənədin bəzi müddəaları Senatın 100 üzvündən ən azı 60-nın dəstəyini almalıdır. Respublikaçılar isə Senatda 51 nəfərlə təmsil olunurlar

Demokratlar sənədə miqrasiya ilə bağlı müddəalar daxil edilməsini istəyir.

Qeyd edək ki, ABŞ hökumət büdcəsiz tam ölçüdə işləyə bilmədiyi azsaylı ölkələrdən biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm