NASA-dan qaradərili qadın əməkdaşına sərt cəza
Bizi izləyin

Dünya

NASA-dan qaradərili qadın əməkdaşına sərt cəza

Amerikanın Hava və Kosmik Agentliyi (NASA) qaradərili kosmonavt qadını işindən uzaqlaşdırıb.

Publika.az xarici mediaya istnadən xəbər verir ki, həmin qadın iyun ayında Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlaşdırılan 3 nəfərlik kosmonavt qrupun tərkibində olub.

Afroamerikan qadın kosmonavt Janette Epps vəzifəsindən uzaqlaşdırılandan sonra onun yerinə Serena Aunon Çansellor bu qrupa daxil edilib.

Qaradərili qadının nə üçün vəzifəsindən uzaqlaşdırıldığı bilinmir. Hazırda təhsili üçün Rusiyada olan J.Eppsin ABŞ-da geri qayıdacağı bildirilir.

NASA rəsmisi Brandi Dean qərarın Rusiya Kosmik Agentliyi deyil, NASA tərəfindən verildiyini bəyan edib.

Qeyd edək ki, kosmosa səfərə az qalmış kosmonavtların vəzifələrindən uzaqlaşdırılması NASA-da rast gəlinən bir hal deyil.

2011-ci ildən bu vaxta qədər kosmonavt kimi çalışan 47 yaşlı J.Epps vəzifəsindən uzaqlaşdırılmasa idi, Beynəlxalq Kosmik Stansiyada ən uzun müddət işləyən ilk qaradərili qadın kosmonavt olacaqdı. Əvvəl də NASA-da qara dərili kosmonavtlar olub, lakin onların heç biri uzun müddət vəzifədə qalmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm