ABŞ təşvişdə - Vaşinqtondan Ankaraya TƏCİLİ ZƏNG
Bizi izləyin

Dünya

ABŞ təşvişdə - Vaşinqtondan Ankaraya TƏCİLİ ZƏNG

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin istəyi ilə baş tutub.
Telefon söhbətində Suriyadakı vəziyyət müzakirə olunub.

Rusiyanın TASS agentliyi isə Rusiya Silahlı qüvvələrinin Baş qərargah başçısı Valeri Gerasimovla amerikalı həmkarı Cozef Danford arasında telefon danışığının olduğunu xəbər verib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, yüksək rütbəli hərbçilər Suriyadakı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Digər bir xəbərə görə, Türkiyə Baş qərargah başçısı Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları ilə telefon söhbətində Suriyadakı vəziyyət, o cümlədən Afrin əməliyyatı ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsinin PYD terror təşkilatından təmizlənməsi üçün əməliyyata başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm