Dünya
Rusiya Afrin böhranına görə ABŞ-ı günahlandırdı
Türkiyənin YPG-yə qarşı əməliyyat keçirdiyi Suriyanın şimal-qərbində böhranın dərinləşməsinə əsas səbəb ABŞ-ın törətdiyi təxribatlar olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“ABŞ-ın kürdlərin çoxluq təşkil etdiyi rayonların ayrılmasına yönələn təxribatçı addımları Suriyanın qeyd olunan hissəsində böhranlı vəziyyətin yaranmasına səbəb olan əsas amillərdən biridir”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin vurğulanır ki, Vaşinqtonun Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarında “sərhəd təhlükəsizlik qüvvələri”nin yaradılmasına dair bəyanatlar verməsi, silahlı dəstələrin dəstəkləməsi və Suriya dövlətçiliyinin süqutuna yönələn digər addımlar atması Ankaranın olduqca sərt reaksiyasına səbəb olub.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub. (apa)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!